Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi olaraq aqrar sahəsinin inkişaf etdirilməsi prioritet məsələ kimi qəbul edilib. Aqrar sahəyə hərtərəfli dövlət dəstəyi artırılıb, kənd təsərrüfatının şaxələndirilməsi üçün ardıcıl işlər görülüb. Bu məqsədlə qədim ənənələrə söykənən, geniş iş tutumlu sahələrdən biri kimi baramaçılığın inkişafı da diqqət mərkəzində saxlanılır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Tovuzda da baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyulan konkret vəzifələrin icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Kümdarlar bildirir ki, ipəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib. Mövcud yem potensialından da səmərəli istifadə olunur.
Qeyd edək ki, cari ildə rayonda kümçülərə 40 qutu ipəkqurdu toxumu paylanılıb və hazırda ipəkqurdu 4-cü inkişaf mərhələsindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə