Kibertəhlükəsizlik mövzusunda seminar və təlim keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün Medianın İnkişafı Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti və "AzİntTelekom" MMC-nin birgə təşkil etdiyi media subyektləri üçün kibertəhlükəsizlik mövzusunda seminar və təlim keçirilir. SİA xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov, AzInTelecom MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov rəsmi hissədə çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə