Mingəçevirdə növbəti ağacəkmə aksiyası keçirilib - FOTOLAR

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Mingəçevir şəhərində növbəti ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, tədbirdə şəhər icra hakimiyyətinin rəhbərliyi və əməkdaşları, ictimaiyyət nümayəndələri, aidiyyəti qurumların əməkdaşları, şəhər sakinləri iştirak ediblər. Heydər Əliyev prospektinin, 20 Yanvar və Samux küçələrinin kənarlarına, Zəfər, Dostluq və Sahil parklarına, müxtəlif ərazilərdəki yaşıllıq zolaqlarına 600 ədəd həmişəyaşıl, 200 ədəd küknar, şam və sərv ağaclarının tingləri, eləcə də 3000 ədəd mövsümi gül kolları əkilib. Yaşıllıqların suvarılması həyata keçirilib. Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıqların sayını artırmaqla yanaşı, təbiətə qayğı hissini təbliğ etmək, ictimaiyyətin diqqətini ekoloji tarazlığın qorunmasına, ətraf mühitin sağlamlaşdırılmasına yönəltməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə