Polis Xəzər və Nizami rayonları ərazisində oğurluqlar edən şəxsləri saxlayıb

Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 30 yaşlı C.Təhməzov saxlanılıb. Ondan psixotrop maddə metamfetamin aşkarlanıb.

Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxs Xəzər rayonu ərazisində yerləşən üç evdən və bir nəfərə məxsus torpaq sahəsindən oğurluqlar edib, nəticədə zərərçəkənlərə ümumilikdə 7 min 150 manat maddi zərər vurub.

Bundan başqa, Nizami rayonu ərazisində bir nəfərə məxsus “Hyundai” markalı avtomobildən 3 min manat oğurlayan əvvəllər məhkum olunmuş 25 yaşlı Ə.Zeynalov da saxlanılıb.

Araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə