30 il yol gələn "Olaylar"

Müstəqil Azərbaycan mətbuatının ilk tumurcuqlarında olan “Olaylar” qəzeti özünün bar verən dövrünü yaşayır. Bu qəzetin yetişdirdiyi, qol-qanad verdiyi yazarların səsi zirvələrdən gəlsə də bu ocağa dönük çıxmayıblar, əlaqələri hər zaman yeni müstəvidə artıb, “Olaylar” ailəsini böyüdüb, genişləndirib. 30 illik fəaliyyəti dövründə “Olaylar” milli mətbuat tariximizin zənginləşdirilməsinə öz böyük töhfəsini verib.

Həmişə aktual problemləri gündəmə gətirən qəzet dünyada gedən proseslərə geniş yer verib və onları peşəkarlıqla təhlil edib. Azərbaycanın milli məsələləri ilə yanaşı Türk dünyası mövzularına da önəmli yer ayırıb. Əlbəttə "Olaylar"ın hədəfinin aydınlaşmasında və öncül yer tutmasında qəzetin yaradıcısı Yunus Oğuzun həlledici rolu olub. Onun rəhbərliyi altında qəzet hədəflərinə doğru qətiyyətlə irəliləyib, operativliyi, obyektivliyi və qərəzsizliyi təmin etməyi, prinsiplərinə sadiq qalmağı, geniş oxucu auditoriyası qazanmağı bacarıb.

“SƏS” Media Qrup olaraq "Olaylar" qəzetinin rəhbərliyini və bütün kollektivini bir daha 30 illik yubiley münasibətilə ürəkdən təbrik edir,can sağlığı, həyat və fəaliyyətlərində uğurlar, bol-bol və davamlı yaradıcılıq nailiyyətləri arzulayırıq!

Bütün xəbərlər Facebook səhifəmizdə