Metroda və qatarlarda bölgə adları niyə təhrif olunur? - MÜNASİBƏT BİLDİRİLDİ
“Yer adlarının ingilis dilində düzgün yazılışı ilə bağlı ölkəmizdə vaxtilə müxtəlif kitablar tərtib olunub. Bu sahədə professor İlham Tahiroğlu və dosent Gülşən Axundovanın da əsərləri mövcuddur. Həmçinin bu istiqamətdə istifadə olunan müasir lüğət və mənbələr də var”. Bu sözləri SİA-ya açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, Dosent Təranə Şükürlü deyib.
Onun sözlərinə görə, metroda stansiyaların adlarının ingilis dilində səsləndirilməsinə münasibət isə bir qədər fərqlidir: “Məlumdur ki, Azərbaycan multikultural ölkədir və beynəlxalq tədbirlərin, yarışların keçirildiyi bir məkandır. Bu baxımdan, stansiya adlarının ingilis dilində səsləndirilməsi, əsasən, əcnəbi qonaqların rahatlığı üçün nəzərdə tutulub və qloballaşma dövrünün tələbi kimi qiymətləndirilə bilər”.
Təranə Şükürlü sözlərinə belə davam edib: “Belə məsələlər daha çox praktiki xarakter daşıdığı üçün bu sahədə Dilçilik İnstitutunun birbaşa müdaxiləsi nəzərdə tutulmur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə