ABŞ- Avropa qarşıdurması dərinləşir - TƏHLİL

Vəziyyətin gərginləşməsindən Rusiya, Hindistan və Çin yararlanmağa çalışır

Dünyanın müxtəlif bölgələrində baş verən müharibələrə, münaqişələrə yenilərinin əvəz olunacağı proqnozlaşdırılır. Xüsusilə də, ABŞ ilə fars –molla rejimi arasında müharibə, eləcə də Qrenlandiyanın ilhaq edilməsi üçün ABŞ-ın planlaşdırdığı hərbi güc vasitəsi daha real görünür. Avropa ölkələri ABŞ-ın fars-molla rejimini sıradan çıxarmaq üçün əməliyyatlara hazırlaşmasına müsbət rəy versələr də Qrenlandiyanın zəbt olunmasını qəbul edə bilmirlər. Açıq şəkildə ABŞ-a qarşı tənqidi fikirlər səsləndirirlər. Hətta daima bir yerdə olan, birgə fəaliyyətlərini quran tərəflər Qəzzanın yenidən qurulması ilə bağlı yaradılan "Sülh şura"sı məsələsində fərqli mövqe sərgiləyiblər. İtaliyanın baş naziri Corca Meloni, Polşa prezidenti Karol Navrotski, İtaliyanın baş naziri Corca Meloni, Böyük Britaniyanın baş naziri Kir Starmer və digərləri Trampın sədrliyi ilə yaradılan "Sülh şura"sına qoşulmaqdan imtina ediblər. "Financial Times" nəşrinin yazdığına görə İspaniya. Almaniya, ümumilikdə Avropa İttifaqı (Aİ) ölkələrinin əksəriyyəti "Sülh Şurası"na qoşulmaqdan imtina edib.

Fransa prezidenti Emmanuel Makronun şuranın nizamnaməsinin Qəzzanın müzakirəsi çərçivəsindən kənara çıxdığını və BMT-nin nüfuzunu sarsıda biləcəyini əsas gətirərək təklifi rədd edib. Polşanın baş naziri Donald Tusk "X" sosial şəbəkə hesabında paylaşımda qeyd edib ki, "Bizimlə heç kimin oynamasına icazə verməyəcəyik".

ABŞ Qrenlandiyaya qarşı iddiasında geri çəkilmək fikrində deyil

Söz yox ki, ixtilafın yaranmasının kökündə ABŞ-ın Avropa maraqlarına zidd olaraq siyasət aparmasıdır. Lakin hər cür çağırışlara və fəaliyyətə baxmayaraq ABŞ Qrenlandiyaya qarşı iddiasında geri çəkilmək fikrində deyil. ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində Amerika nəzarətinin qurulması zərurəti ilə bağlı bəyanatları Danimarkada ciddi təşviş yaradıb. Danimarkanın Baş naziri Mette Frederiksen Qrenlandiyanın ünvanına təhdidlərin ciddi qəbul edildiyini və nə Kopenhagenin, nə də Nuukun mövcud sərhədləri pozan təzyiqi qəbul edəcəyini vurğulayıb. O, həmçinin NATO üzv ölkəsinə mümkün ABŞ hərbi hücumunun bütün Şimali Atlantika Alyansına ağır zərbə ola biləcəyi barədə xəbərdarlıq edib. Tədqiqatçı Maqnus Kristianson hesab edir ki, Amerikanın Qrenlandiya üzərində nəzarəti alyansın təməlini sarsıda bilərdi. Onun sözlərinə görə, Qrenlandiya məsələsi uzun müddətdir NATO daxilində susdurulur və rəsmi forumlarda qaldırılmayıb. Lakin indi vəziyyət kəskinləşib, çünki ABŞ özü təzyiq təşəbbüskarıdır.

Ağ Evin açıqlamasında isə bildirilir ki, D. Tramp və onun komandası bu mühüm xarici siyasət məqsədinə nail olmaq üçün müxtəlif yolları müzakirə edir və əlbəttə ki, ABŞ silahlı qüvvələrindən istifadə baş komandanın ixtiyarında olan variantlardan biri kimi hər zaman nəzərdən keçirilir. Diqqətçəkən məqam ondan ibarətdir ki, ABŞ vətəndaşlarının əksəriyyəti Qrenlandiyanın ilhaq edilməsinə qarşıdır. Bunu aparılan rəy sorğuları da təsdiqləyir. Belə ki, ABŞ vətəndaşlarının cəmi 17%-i prezident Donald Trampın Danimarkaya məxsus ada ilə bağlı ambisiyalarını dəstəkləyir. Hətta respublikaçılar arasında da Qrenlandiyanın ABŞ-a birləşdirilməsi ideyasını respondentlərin yalnız 40%-i dəstəkləyir. Hərbi yolla anneksiya isə daha da az qəbul olunur: amerikalıların cəmi 4%-i belə bir müdaxiləni alqışlayardı- Trampın öz partiyasında da bu rəqəm yalnız 8%-dir.

Problemlərin mövcudluğu Hindistanın, Rusiyanın və Çinin maraqlarına uyğundur

ABŞ-la Avropa ölkələri arasında yaranan gərginlik daha çox Hindistan, Çin və Rusiyanın maraqlarına cavab verir. Çünki hər üç dövlətin istər Avropa, istərsə də ABŞ-la münasibətləri arzuedilən səviyyədə deyil. Məhz Qrenlandiya və digər problemlərin yaranmasından sonra Avropa ölkələri. Xüsusilə də Avropa İttifaqı Çin və Hindistanla iqtisadi-ticarət əlaqələri qurmağa maraq göstərirlər. Bununla Avropa ABŞ- zərbə vurmağa və Trampı yanlış siyasətindən çəkindirməyə çalışırlar. Bu günlər Hindistan və Avropa Birliyi 18 ildən çox davam edən ticarət danışıqlarının başa çatdığını və azad ticarət sazişinin (FTA) parametrləri barədə razılaşmanın əldə edildiyini rəsmi olaraq elan edilib. Hindistanın Baş naziri Narendra Modi ilə zirvə görüşü üçün Yeni Dehliyə gələn Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen tədbiri "bütün sövdələşmələrin anası" adlandıraraq diqqəti cəlb edib. Lakin bir məsələ var: nə Modi, nə də Ursula fon der Leyen "sazişin" özünü rəsmi olaraq imzalamayıblar. Bu da ona dəlalət edir ki, Avropa İttifaqı hələ də ABŞ-la münasibətləri tam şəkildə kəsmək fikrində deyil. Hesab edirlər ki, D. Tramp Avropa maraqlarını zidd olan siyasətində ələ çəkərsə, yenidən Hindistanla münasibətləri arxa plana çevirərlər. Ona görə də, Dehlidə Avropa Ticarət Komissarı Maroş Şefçoviç və Hindistan Ticarət Naziri Piyuş Qoyal tərəfindən ticarət danışıqlarının başa çatması ilə bağlı yalnız siyasi bəyannamə imzalandı. Ekspertlər hesab edirlər ki, FTA-nın özünün rəsmi olaraq rəsmiləşdirilməsi və qüvvəyə minməsi üçün ən azı bir il keçəcək.

Qeyd etmək lazımdır ki, Hindistan və Aİ arasında ticarət sazişi üzrə danışıqlar 2007-ci ildə başlamış və 2013-cü ilə qədər, yəni çıxılmaz vəziyyətə düşənə qədər müxtəlif uğurlarla davam etmişdir. Danışıqlar 2022-ci ildə bərpa olundu və 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın aqressiv proteksionizm siyasətinə başlaması və aparıcı ticarət tərəfdaşlarına daha yüksək tariflər tətbiq etməsi ilə Yeni Dehli ilə Brüssel arasında ticarət və iqtisadi əlaqələr kəskin şəkildə gücləndi. Ümumilikdə, hər iki paytaxtda iyirmidən çox məsləhətləşmə raundu keçirildi və bu müddət ərzində Hindistan öz maraqlarını aqressiv şəkildə müdafiə etdi: hindlilər öz bazarlarını müdafiə etdilər və bir sıra mallarının rüsumsuz ixracını təşviq etdilər, eyni zamanda vətəndaşlarının Avropaya əmək miqrasiyası ilə bağlı mövcud viza çətinliklərini həll etməyə çalışdılar.

Uzunmüddətli iqtisadi və enerji böhranı, gözlənilməz Tramp, Rusiya ilə hərbi qarşıdurma və Çinlə iqtisadi qarşıdurma ilə qarşılaşan Brüssel yeni bazarlara ixracını artırmağa çox ehtiyac duydu. 1,4 milyard əhalisi olan və 2030-cu ilə qədər dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevrilməyi hədəfləyən Hindistan bu baxımdan əvəzolunmaz olduğunu sübut etdi. AB-nin digər Asiya ölkələri - Cənubi Koreya və Yaponiya ilə bağladığı əvvəlki sərbəst ticarət müqavilələri oxşar miqyasda deyildi.Ticarət danışıqlarının yekununa görə, Hindistan və AB arasında ikitərəfli ticarət həcmi 136 milyard dollar təşkil edib. 15 milyard dollarlıq kiçik bir kəsir Avropanın payına düşüb. Avropanın Hindistana əsas ixracatı avtomobillər, təyyarələr, kosmik gəmilər və onların hissələri, eləcə də elektrik avadanlıqlarıdır. AB Hindistandan neft-kimya məhsulları, əczaçılıq məhsulları, tekstil, qiymətli daşlar və dəri məmulatları idxal edib.

Hindistan "tarixində ən böyük sərbəst ticarət müqaviləsi bağlayıb"

Baş nazir Narendra Modi Yeni Dehlidə Avropa İttifaqı rəhbərliyi ilə keçirilən sammitdən sonra jurnalistlərə bildirib ki, Hindistan "tarixində ən böyük sərbəst ticarət müqaviləsi bağlayıb. Bu, sadəcə ticarət müqaviləsi deyil. Bu, ortaq rifah üçün yeni bir plandır". Narendra Modinin sözlərinə görə, müqavilə qlobal ÜDM-in 25 faizinə və qlobal ticarətin üçdə birinə təsir edəcək. Avropa İttifaqının yaydığı mətbuat açıqlamasına görə, Hindistan Cənubi Asiya respublikasına idxal edilən Avropa avtomobillərinə vergiləri əhəmiyyətli dərəcədə azaltmağa razılaşıb. Burada bir problem var. İstisna bütün avtomobillər üçün deyil, yalnız bir il ərzində idxal edilən ilk 250.000 avtomobil üçün keçərlidir - bunlar üçün gömrük rüsumu həqiqətən 110 faizdən 10 faizə endiriləcək. Lakin Avropa elektrik avtomobilləri endirimli dərəcəyə uyğun olmayacaq. Hindistan öz avtomobil sənayesini inkişaf etdirir və bununla da avtomobil istehsalçıları Tata və Mahindranın maraqlarını qoruyur.

Hindistanın "Economic Times" qəzetinin məlumatına görə, Hindistanın tarif endirimindən ən çox faydalananlar Almaniyanın Volkswagen, Mercedes-Benz və BMW şirkətləri, eləcə də hazırda Hindistan avtomobil bazarının təvazökar 4 faiz payına sahib olan Fransanın Renault və Hollandiyanın Stellantis şirkətləri olacaq.Fon der Leyenin sözlərinə görə, gələcək Aİ-Hindistan FTA "iki milyard insan üçün azad ticarət zonası yaradacaq". Brüssel Hindistanla ticarət sazişinin avropalılara 2032-ci ilə qədər bu ölkəyə ixracatını ikiqat artırmağa imkan verəcəyinə böyük ümid bəsləyir. Buna Hindistan bazarına ixrac edilən spirtli içkilərə, qida məhsullarına, mühəndislik və aerokosmik məhsullara və tibbi avadanlıqlara tariflərin tamamilə aradan qaldırılması və ya əhəmiyyətli dərəcədə azaldılması yolu ilə nail olmaq lazımdır.

Öz növbəsində, Avropa Birliyi 7 il ərzində Hindistan tekstil məhsullarına, zərgərlik məmulatlarına, dəri məmulatlarına, Hindistan istehsalı olan ayaqqabılara və bir sıra digər mallara tariflərin aradan qaldırılmasına və ya əhəmiyyətli dərəcədə azaldılmasına razılıq verdi. Dehli də bu məsələni həll etməyə müvəffəq oldu.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə