İnsanlar məhərəmmlik ayında toy və şənliklər edə bilər? - İlahiyyatçı DANIŞDI

"Məhərrəm ayı gəldiyi zaman xalqımızın adət-ənənəsi var və eyni zamanda milli-mənəvi dəyərlərini böyük ehtiramı var. Məhərrəm ayı daxil olduğu gündən, səfər ayı çıxana qədər yəni iki ay müddətində insanlar toy və şənliklər edə bilməzlər". Bu sözləri SİA-ya açıqlamasında "Heydər" məscidinin imamı, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü, İlahiyyatçı Rüfət Qarayev deyib.

Onun sözlərinə görə, məhərrəmlik ayında insanlar ona görə toy və şənlik etməməlidirlər ki, bu ayda Hz.İmam Hüseyn əleyhissəlamın və onun sevən əhli-beytinin şəhid olduğunu görürük: "Hz.İmam Hüseyn əleyhissəlamın şəxsi mənfəəti üzərində canını qurban verməyib, İslam yolunda, din yolunda, dəyərlər uğrunda canını qurban verdiyi üçün hər bir müsəlmanın da vəzifəsidir ki, öz dini mənəvi dəyərlərinə hörmətlə yanaşsın və Hz.İmam Hüseyn əleyhissəlamın əsrlərdən bəri gələn ehtiramını daimi olaraq saxlamış olsunlar. Biz əgər Məhərrəm ayı gəldiyi zaman toy, şənlik ediriksə, bu zaman İslamın qadağalarını pozmuş oluruq. Belə məclislərdə bildiyimiz kimi cox vaxt spirtli içkilər verilir, musiqilər çalınır, bununla da Hz.İmam Hüseyn əleyhissəlamın matəminə hüznlənmək, o dərdi, yaranı yenidən xatırlamaq insanların diqqət mərkəzindən kənarda qalmış olur. Ona görə də, bu təkcə bu günün məsələsi deyil, əsrlərdir müzakirə mövzusu olan bir məsələdir. İnsanlar xüsusi olaraq Azərbaycan xalqı Hz.İmam Hüseyn əleyhissəlamın dərdi ilə dərdlənmiş, Hz.İmam Hüseyn əleyhissəlamın ali dəyər uğrunda şəhadətini insanlarda həyatlarında yaşamağa çalışmışlar. Təbii ki, buna Hz.İmam Hüseyn əleyhissəlamın ehtiyacı yoxdur, lakin ehtiyacı olanlar biz insanlarıq. Biz nə qədər Hz.İmam Hüseyn əleyhissəlamı tanıyacıqsa, sevəcəyiksə, hüznü ilə hüznlənəcəyiksə o zaman həqiqi insan olduğumuzu və nə üçün yarandığımızın mahiyyətini anlamış və dərk etmiş olacağıq".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə