ABŞ Prezidenti Donald Tramp İran nüvə proqramından əl çəkməyəcəyi təqdirdə hərbi güc tətbiq edəcəyini bildirib. SİA-nın məlumatına görə, Tramp potensial hərbi hücuma İsrailin liderlik edəcəyini açıqlayıb.
“Əgər bu, hərbi həll tələb edirsə, biz hərbi yola əl atacağıq. İsrail açıq şəkildə bu işdə iştirak edəcək. Onlar bu prosesə liderlik edəcəklər”,- deyə Tramp qeyd edib.
Qeyd edək ki, həftə sonu Oman sultanlığında ABŞ və İran rəsmilərinin iştirakı ilə nüvə məsələsi ilə bağlı danışıqlar keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə