Azərbaycanın Slovakiyadakı səfirliyinin təşkilatçılığı, bu ölkədə yaşayan həmvətənlərimizin və qonaqların iştirakı ilə Bratislava şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə çıxış edən səfir Vüsal Abdullayev Novruz bayramından və onun adət-ənənələrindən danışıb.
Diplomat Novruz bayramının baharın, yeni həyatın gəlişini əks etdirdiyini bildirib. Əsrlər boyu xalqımızın ən əziz və sevilən bayramlarından olan Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsində Ümummilli Lider Heydər Əliyevin xüsusi rolunu vurğulayıb. Həmçinin Novruz bayramının 2009-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edildiyini, 2010-cu ildə isə BMT-nin Baş Assambleyasının qəbul etdiyi qətnamə ilə martın 21-nin Beynəlxalq Novruz Günü elan olunduğunu diqqətə çatdırıb.
Sonra qonaqlar Novruz şirniyyatı və milli mətbəximizin nümunələri təqdim edilən ziyafətə dəvət olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə