Bu simptomları hiss edirsinizsə... - RƏYLƏR

“Panik atak insanın birdən - birə yaşadığı, mütəmadi olaraq təkrarlanan, yüksək qorxu və narahatlıq hissidir. Panik atak birdən başlayır və bir neçə diqqətə pik həddə olur. Təxminən 30 dəqiqə ərzində, ən gec 1 saat ola biləcək qədər vaxtda keçir. Onun əlamətləri titrəmək, sürətli ürək döyüntüsü, tənzimi itirmək, öləcəkmiş kimi hiss etmək, tərləmə, göz qaralması, keyimə, ətrafı fərqli qavrama kimi xüsusiyyətlərdir”. Bu sözləri psixoloq Nizami Orucov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bunların hamısı olmasa da, bəzi simptomlarına rast gəlinir: “Panik atakla keçirən şəxs öləcəyini zənn edir, mövcud vəziyyətini daha da kəskinləşdirir. Amma bu bir neçə dəqiqə davam edən qıcolmadır. Bunun müalicəsi var və bir neçə formada həyata keçirilə bilər, bunlar dərmanla müalicə və psixoloji dəstəkdir. Bu prosesin müvəqqəti olacağı və sadəcə gözləməklə keçə biləcəyi, problemlə bağlı yanlış inanclarını düzəldə bilməsi, yaşadığı bu problemlə bağlı özünü insanlardan, ictimai yerlərdən uzaq tutmasının özünə bir faydası olmayacağıdır. Qısacası problemin həlli, minimum zərərlə idarə olunması üçün əsas şeylər atakıntibbi olaraq təhlil edilməsi və şəxsin psixoloji olaraq güclənməsidir”.

Məsələ ilə bağlı həmçinin həkim-nevroloq Qalib Əsədov fikir bildirib. Onun sözlərinə görə, qorxu və narahatlıq hissləri ilə qəflətən başlayıb, narahatçılığın 10 dəqiqə ərzində ən pik səviyyəyə çatdığı və aşağıda sayacağım fiziki və ya psixi əlamətdən ən az 4-ü ilə müşahidə olunan psixoloji narahatçılıqdır:

“Xüsusiyyətləri:

1-Ürək döyüntülərinin sayının artması

2-Tərləmə

3-Titrəmə

4-Boğulma

5-Nəfəs kəsilməsi

6-Sinədə ağrı

7-Mədə bulanması və ya qarında ağrı

8-Göz qaralması,başın fırlanması,huş itirmə

9-Ətrafı hiss etməmək

10-Kontrolu itirmək

11-Ölüm qorxusunun yaranması

12-Bütün duyğuların ölməsi

13-Eyni zamanda bir neçə hissi yaşamaq(üşütmə,tərləmə və s.)”.

Həkim-nevroloq bildirib ki, panik atak, travmadan yaranan stressdən, sosial fobiyalardan və hər hansı fiziki xəstəlikdən sonra da yarana bilər: “Uşaq olarkən valideynlərdən ayrılma, onlardan hər hansı birini itirmə, valideynlərin boşanması, stress, qorxu, yaxinlardan kiminsə vəfat etməsi kimi səbəblər panik atakı yaradan ən əsas səbəblərdən hesab olunur.

Ən yaxşı müalicə psixoterapiyadır. Panik atak narahatçılığlını yaşayan şəxslərdə intihar riski yüksək olduğundan vaxtında peşəkara müraciət və müalicə çox vacibdir”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə