Kişilərin xəyanət səbəbləri BƏLLİ OLDU - RƏYLƏR

"Kişi xəyanətinin çox müxtəlif və fərdi səbəbləri var. Xəyanət bəzən münasibətlərə bir tərəfin günahı olmayan və yaxud da hər iki tərəfin də rol oynadığı kontekst bir vəziyyətdir. Xəyanətə səbəb olan amilləri başa düşmək, münasibətdə daha sağlam və güvənli bir əlaqə qurmağa kömək edə bilər". Bu sözləri şüuraltı üzrə mütəxəssis, şəxsi inkişaf üzrə kouç, beynəlxalq dərəcəli təlimçi İlahə Adil SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, şəxsi münasibətlərdə emosional və fiziki doyumsuzluq,şəxsi (pramiar) və özünə güvən, macəra və həyəcan axtarışı xəyanətin ilkin səbəbləri kimi görünsə də, bu problemin dərin və travmatik səbəbləri var: "Belə ki, uşaqlıqda alınan travmalar bir insanın həyatında dərindən iz buraxa bilər və onun yetkinlik dövründəki, o cümlədən münasibətlərindəki davranışlarına təsir edən əsas faktorlardandır.

Kişilərin xəyanət etməsinə səbəb ola biləcək bəzi uşaqlıq travmalarına nəzər salaq:

Uşaqlıqda valideynlərindən kifayət qədər məhəbbət və təqdir görməyən duyğusal laqeydlik, ihmal ilə qarşılaşan kişilər özlərini yetərsiz, sevilməz hiss edə bilər, həmçinin bu boşluğu doldurmaq məqsədi ilə yetkinlik dövründə başqalarında təsdiq, məhəbbət axtara bilərlər.

Tərk edilmə travması yaşayan kişilər isə münasibətlərdə güvənsizlik, qorxu hisləri ilə qarşılaşaraq, yetkinlikdə şüuraltı və kök salmış bu qorxuları həyatlarından ləğv etmək məqsədi ilə paralel münasibətlər qurmaqla xəyanət edə bilərlər. Növbəti xəyanətə yol açan ən dərin travmalar siyahısına valideynlərin xəyanəti, duyğusal travmaları və zorakılıqları aid edə bilərik. Uşaqlıqda valideynlərindən birinin və ya hər ikisinin xəyanətini müşahidə edən uşaqlar bu davranışı normal qəbul edib öz gələcəkdə davranış modellərinə, öz şəxsiyyətinə bu davranışı normal qeyd edirlər və bu səbəbdən onlar üçün xəyanət adi bir yaşam halı kimi gələ bilər. Duyğusal travma və zorakılıqlara məruz qalan uşaqlar isə böyüdüklərində sağlam münasibətlər qurmaqda çətinlik çəkdiklərinə görə, şüuraltıda öz gücünü, həmçinin önəmliliyini sübut etmək məqsədi ilə xəyanət edir. Xəyanət insanın bəzən bilərəkdən, bəzən isə emosiyalara qapılaraq atdığı bir addımdır".

Həmçinin o qeyd edib ki, travmalarımızdan, yaşadıqlarımızdan asılı olmayaraq hislərimizi və həqiqətlərimizi kontrolda saxlamağı bacarmalıyıq: "Nəticədə xəyanət bir ailənin ən azı 3 fərdinin həyatına çox böyük neqativ təsir göstərə bilər. Adətəndə xəyanət edənin dərin depressiyası və peşmançılığı ilə nəticələnə bilər. İnsan hisləri müxtəlif, keşməkeşli və impulsivdir. Hər hansı bir addım ataraq hislərimizin bir okean kimi gah dalğalı, gah da sükut içində olduğunu bilməliyik. Xəyanət geridönməz bir iz buraxan və illərlə yeri sağalmayan dağıdıcı bir yaradır. Duyğularımızı anlayıb, sağaldıb, sağlam və güvənilir münasibətlər yaradaq. Özümüzü sağaldıb, şəfalandırmaq xəyanət kimi dağıdıcı silahla dağıtmaqdan daha rahatdır".

Bununla yanaşı psixoloq Ezgi Şahin də öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, kişilərin çox vaxt sevmədiyi insanla ailə quranda, həyat yoldaşı ilə bütün halına gəlmədiyi, elçilik üsulu ilə evləndiyi zaman xəyanətlərinə rast gəlirik: "Yəni dediyim situasiyalarda aldatmanı daha çox müşahidə edirik. Bundan başqa kişilərin ətrafında "xəyanət" yaxşı hərəkət kimi qarşılandığı zaman həmin hadisə gizlədilir. Söhbət hal-hazırki nəslin gənclərindən gedir ki, davranışlarını çox yaxşı bir şeymiş kimi qələmə alırlar. Biz psixoloqlar hər zaman qeyd edirik ki, bir xanıma aid olmaq daha namuslu, düzgün və toksik olmayan münasibətdir. Eynilə bu xüsusiyyət qadınlarada aid edilir ki, onlar bir neçə kişi ilə həyatlarını sürdürən zaman ya nevroz, əsəb xəstəsi, ya da özgüvənsizlik problemləri yaranır.

Hər zaman evli kişilər aldatdığı qadına həyat yoldaşımı boşayıb səninlə ailə quracam. Lakin bu heç vaxt olmur, onlar ilk ailələri ilə ayrılmır və həmçinin ikinci qadına verdiyi ümidləri təsdiqləmirlər. Xanımlarda vəd olunan sözlərə aldanmamalıdırlar".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə