"Çaybulans” 60.000-ci müştərisini çaya qonaq edib

Daimi yenilikçi yanaşması ilə fərqlənən "Final" çay, təqdim etdiyi "Çaybulans" layihəsi ilə böyük maraqa səbəb olub. SİA xəbər verir ki, bu layihə çərçivəsində, "Çaybulans" maşını artıq uzun müddətdir ki, Bakı şəhərinin müxtəlif küçələrini gəzərək, sakinləri mükəmməl Şri-Lanka çayına qonaq edir. Tək paytaxtda yox, bölgələrə də səfər edən "Çaybulans" maşını artıq 60.000-ci müştərisini çaya qonaq edib, hədiyyələr verilib. “Çaybulans” bayram günlərində də fəaliyyət göstərəcək və soyuq qış günlərində paytaxt sakinlərinə isti çay təqdim olunacaq. "Final" çay “Çaybulans” layihəsi ilə istehlakçılarına daha yaxın olur, onların həmdəm olmağa dəvət edir. "Final" çay, uzun illərdir ki, Azərbaycanın hər bölgəsində hər zövqə uyğun çay çeşidləri ilə böyük rəğbət qazanıb.

Bu gün də, yüksək keyfiyyətini qoruyaraq, klassik bir içki olaraq , öz mövqeyini möhkəmləndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə