Bu ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 400 min nəfərə Prezidentin aylıq təqaüdü, 496 min nəfərə isə sosial müavinət ödənilib. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 800 mln. manat, Prezident təqaüdləri üzrə 511 mln. manat ödənilib.
Qeyd edək ki, bu ilin 9 ayında 113 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 683 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə