Payız depressiyasından xilas olmağın yolları BUNLARDIR - PSİXOLOQ İZAH ETDİ
"Payız depressiyası psixi pozğunluq deyil, emosional əhval-ruhiyyənin azalması, cari hadisələrə bədbin baxışlar, həyatda sevinc hissinin itirməsi ilə xarakterizə olunan psixoloji vəziyyətdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.
O bildirib ki, öz-özünə diaqnoz qoymamaq çox vacibdir: "Əgər sizdə depressiya əlamətləri varsa, hərtərəfli müayinə üçün həkiminizə müraciət edin. Bəzən fiziki problemlər depressiyaya səbəb ola bilər. Ancaq digər hallarda, depressiya simptomları daha mürəkkəb psixiatrik problemin bir hissəsidir. Həkiminiz simptom modelinizi qiymətləndirə və depressiya və ya başqa bir əhval pozğunluğunuz olub-olmadığını müəyyən edə biləcək.
Təbiətdə baş verən fəsil dəyişikliyi, günəş işığının azalması, havaların soyuması, arxada qalan yay xatirələri, romantik duyğular qəmgin ovqat yaradır, əhval-ruhiyyənin aşağı düşməsinə səbəb olur. İlin bu fəsli bəziləri üçün depressiya, tənhalıq və həvəsin azalması kimi hisslər gətirir. Payız depressiyası həmin hisslərin təsiri nəticəsində yaranır. Havalar sərinləşdikcə müəyyən xəstəliklər meydana gəlir. Həmçinin yaşla əlaqədar depressiyaya da düşmək olur
Nələrə diqqət etmək lazımdır:
1. Yuxu rejimi;
2. Qidalanma (vitamin D çatışmazlığını yoxlatmaq);
3. Ünsiyyəti artırmaq;
4. Geyimdə ancaq solğun rənglərə yol verməmək;
5. Əyləncədən qaçmamaq;
6. İdmanla məşğul olmaq.
Payız depressiyasının simptomları müxtəlif yaşlarda özünü birüzə verə bilir".
Bütün xəbərlər Facebook səhifəmizdə