Azərbaycan Respublikasının Baş Prokurorluğunda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
Müsahibədə iştirak etmək istəyən namizədlər 15 oktyabr 2024-cü il saat 18:00-dək Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibəyə təqdim edilmiş vakant vəzifələr barədə buradan məlumat əldə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə