Postmüharibə dövründə 476 hərbçi 572 ədəd yüksək texnologiyalı protezlə təmin edilib - FOTO
Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstəklə əhatə olunması və reabilitasiyası üçün aparılan işlərin bir istiqaməti də həmin şəxslərin yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilməsidir. Möhtəşəm Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən I və II Qarabağ müharibələri ilə əlaqədar əlilliyi olan 476 hərbçi 572 ədəd yüksək texnologiyalı son nəsil protezlə təmin edilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, ötən ildən Vətən müharibəsi iştirakçılarının müasir idman protezləri ilə təminatına başlanılıb.
Aktivlik və funksionallığı ilə seçilən yüksək texnologiyalı protezlərlə istifadəçi köməkçi vasitələr olmadan sərbəst, sabit, inamlı hərəkət imkanına malik olur. Həmin protezlərlə sosial həyata daha tez və rahat inteqrasiya edir, hətta idmanla məşğul olaraq yarışlarda iştirak edə bilir.
Bütün xəbərlər Facebook səhifəmizdə