Güclü külək Ağcabədidə də fəsadlar törədib

Axşam saatlarında ölkə ərazisində başlayan güclü külək Ağcabədi rayonunda fəsadlar törədib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, rayon ərazisində ağacların aşması nəticəsində yol bağlanıb.

Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən ərazilərə baxış keçirilir.

Bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi məhdudlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə