Şuşada bayram namazı qılınıb - FOTOLAR

İşğaldan azad olunmuş Şuşa şəhərində Qurban bayramı ilə əlaqədar bayramı namazı qılınıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında xalqımız, dövlətimiz üçün dualar edilib, əmin-amanlıq arzulanıb.

Bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.

Bütün xəbərlər Facebook səhifəmizdə