Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən “Açıq qapı” günü keçirilib - YENİLƏNİB - FOTOLAR
Bu gün AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən “Açıq qapı” günü keçirilib. SİA xəbər verir ki, tədbirdə 1902-ci ildən bu günə qədər Azərbaycan ərazisində aparılan tədqiqatlarda istifadə olunan seysmoloji və geofiziki cihazlar nümayiş etdirilib.
AMEA mərkəzinin Seysmoloji Xidmət Mərkəzinin Direktoru Qurban Yetirmişli jurnalistlərə zəlzələ ocaqları, Azərbaycanda indiyə kimi baş verən zəlzələlər, həmçinin mərkəzin xidmətləri barədə məlumatlar verib. O bildirib ki, təkanlar gün keçdikcə artır: "Bununla belə ölkədə hazırda seymsik aktivlik fon səviyyəsindədir. Güclü təkanlar yoxdur ki, dağıdıcı zəlzələ ehtimalı da olsun. Hamısı xırda təkanlardır. Qeyd olunan zəlzələlərdən 16-nın maqnitudası 3 və 3-dən yuxarıdır".
Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri Səbinə Kazımova isə tələbə və jurnalistləri palçıq vulkanları ilə bağlı məlumatlarla tanış edib.
Son yüz ildə Azərbaycan seysmologiyasının inkişaf mərhələləri və əldə olunmuş nəticələrə dair tədqimatlar, eləcə də RSXM-nin seysmik stansiyalarından seysmik dalğaların Monitorinq Mərkəzinə qəbulu, seysmik dalğa məlumatlarının emalı, zəlzələ ocaqlarının mexanizminin öyrənilməsi metodları, GPS tədqiqatları və alınmış nəticələr haqqında məlumatlar iştirakçılara təqdim olunub.
Tədbirdə AMEA rəhbərliyi, ali məktəblərin tələbələri və orta məktəb şagirdləri, media nümayəndələri iştirak ediblər. Daha sonra tələbələrə zəlzələ ilə bağlı cihazların praktika nümunələri göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB