“Uşaq öz fikirlərini sərbəst ifadə etməlidir” - PSİXOLOQ AÇIQLADI

“Mənim balamdan yoxdur"? Var! Amma övladınız sizin üçün əvəzedilməzdir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.

Onun sözlərinə görə, uşağa onun dəyərli oduğunu hiss etdirmək həm valideynlərin, həm də müəllimlərin öhdəsinə düşür: “Özünə sevgi və dəyər uşağa erkən yaşlarında aşılanmalıdır. Bu 5 yaşa qədər olan dövrü əhatə edir. İnsanın özünə hörmət hissi körpə ikən ilk addımlarını atandan aşılanmalıdır.

"Qapazaltı" sindromu gələcəyin uğursuz insanlarını formalaşdırır. Daim uşağı müqayisə etmək, söz və seçim haqqı verməmək. Uşağın kiçik bacarığına dəyər verməmək.

Hətta çox istedadlı insan da özünə əmin deyilsə, uğur qazana bilməz. Halbuki, öz şəxsi keyfiyyətlərinə arxalanan , xüsusi istedad və bacarığı zamanında aşkar edilməyən orta qabiliyyətli insan belə çox şeyə nail ola bilər. Valideynlər isə uşağa özünə dəyər hissini "verə" bilməsələr də, ona təkbaşına "qanadlar" qazanmağa kömək edə bilərlər.

"Başından böyük danışma" sindromu cəmiyyətə cəsarətsiz insanlar verir. Bu tip ifadələr gələcəkdə uşaqda özgüvən problemi yaradır. Uşaq bəzə doğru fikrinində yanlış olduğun düşünür. Uşaq öz fikirlərini sərbəst ifadə etməlidir. "Xalxın uşağı" hələ də tapılmayıb. Amma haqqında danışılır.

Uşaqların özünəhörmət hissini məhv edən valideynlərin əməlləri hansılardır? Övladını daim başqaları ilə müqayisə etmək, lazımsız sərhədlər qoymaq, az söhbət etmək, az dinləmək, uşağın hər bir uğuruna (hətta kiçik olsa belə) laqeyd yanaşmaq, neqativ fikirlər söyləmək. "Məndən adam olar, valideynim zamanında heykəl kimi yonsa".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə