Rus zavodu dron hücumuna məruz qalıb...

Krasnodar vilayətində neft emalı zavodunda pilotsuz təyyarənin hücumu nəticəsində yanğın baş verib

...Rusiya Federasiyasının Krasnodar vilayətindəki Slavyansk neft emalı zavodunda səhər saatlarında pilotsuz təyyarənin hücumu nəticəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zavodda ayırıcı qurğu sıradan çıxıb - yanğın beş kvadratmetr ərazidə olub.

SİA-nın əldə etdiyi məlumata görə, yanğın tezliklə söndürülüb.

Bu arada Slavyanski rayonunun rəhbəri Roman Sinyaqovski, hücum zamanı itki olmasa da, amma zavoda xeyli ziyan dəydiyini etiraf edib.

Xatırladaq ki, bundan əvvəl pilotsuz təyyarələr 2024-cü ilin martında Slavyansk neft zavoduna hücum etmişdi. Həmən vaxt zavoddakı vakuum və atmosfer aqreqatları zədələnib sıradan çıxmışdı.

...Bu arada Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, səhər saatlarında regionda ondan çox pilotsuz təyyarə vurulub, onlar regionun bir neçə rayonunda neft emalı zavodlarına və infrastruktur obyektlərinə “hücum etməyə” cəhd ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə