Rusların 5 milyon dollar dəyərində olan ən yeni radarı məhv edilib...

...Bu arada Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Quşi-9” qrupu “Qara Meşə” 15-ci regional briqadasının hərbi qulluqçuları ilə birlikdə Rusiyanın ən yeni “Podlet 48Ya6 K-1” radiolokasiya stansiyasını (radarını) aşkar edərək vurublar.

SİA-nın əldə etdiyi məlumata görə, Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Telegram-dakı mesajında ​​deyilir.

Bildirilir ki, antena-fider qurğusuna və kompleksi qidalandıran dizel stansiyasına hücumu həyata keçirilib.

Baş Kəşfiyyat İdarəsinin yazdığına görə, “Podlet” RLS nisbətən yeni Rusiya inkişafıdır.

Qeyd edilir ki, bu radarlar Rusiya ordusuna 2015-ci ildə verilməyə başlayıb.

...Və belə bir radarın dəyəri 700 milyon rubldan və ya 5 milyon dollardan çoxdur.

Kəşfiyyatçıların sözlərinə görə, düşmən bu radardan hədəf koordinatlarını aşkar etmək və Rusiyanın S-300/S-400 zenit-raket komplekslərinə ötürmək üçün istifadə edirmiş.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə