''Qəzzada daimi atəşkəsin təmin edilməsi böyük əhəmiyyət kəsb edir''

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Qəzzada davam edən qətliamın dayandırılması və daimi atəşkəsin təmin edilməsi böyük əhəmiyyət kəsb edir. Atəşkəs və humanitar yardımın Qəzzaya fasiləsiz çatdırılması ilə bağlı İsrail rəhbərliyinə daha çox təzyiq göstərilməlidir."
Bu arada Prezident Rəcəb Tayyib Ərdoğan Hollandiyanın Baş naziri Mark Rutte ilə Vahdettin köşkündə təkbətək görüş keçirib.
Görüşdən sonra baş tutan birgə mətbuat konfransında çıxış edən Rəcəb Tayyib Ərdoğan deyib:"Türkiyə-Hollandiya Dostluq Müqaviləsinin 100 illiyini qeyd edirik. Belə bir dövrdə həyata keçirilən səfər ikitərəfli münasibətlərimiz baxımından böyük əhəmiyyət kəsb edir''.
İki ölkə arasındakı münasibətlərin tarixinin 400 il əvvələ gedib çıxdığını ifadə edən Rəcəb Tayyib Ərdoğan sözlərini belə davam edib:
Hollandiyanın Baş naziri Rutte ilə Qəzza və Ukrayna məsələsi başda olmaqla ortaq təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi apardıq.Qəzzada davam edən qətliamın dayandırılması və daimi atəşkəsin təmin edilməsi böyük əhəmiyyət kəsb edir. Atəşkəs və Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılması ilə bağlı İsrail rəhbərliyinə daha çox təzyiq göstərilməlidir. Görüşdə terrorla mübarizə məsələsini də qiymətləndirdik. Müttəfiqlik ruhuna uyğun olaraq PKK və qolları başda olmaqla heç bir terror təşkilatına imkan verilməməsinin vacibliyini vurğuladım''.

Qeyd edək ki, mətbuat konfransında xarici işlər naziri Hakan Fidan, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri səfir Akif Çağatay Kılıç, Hollandiyanın Türkiyədəki səfiri Coep Vijnands və Hollandiyanın milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Adriaan İjsselstein iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə