"Vətəndaşlarımız hər zaman ayıq-sayıq olmalıdırlar" - MÜNASİBƏT BİLDİRİLDİ
"Biz çox çətin zamanda və çətin bölgədə yaşayırıq". Bu sözləri SİA-ya açıqlamasında "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert, "Hərbi And" qəzetinin baş redaktoru Emin Həsənli deyib.

O bildirib ki, təəssüflər olsun ki, dünyada son 30-40 ildə müharibələr terror üzərindən aparılır: "Azərbaycan da terrordan ən çox əziyyət çəkən dövlətlərdən biridir. Ermənistan dövləti xüsusi xidmət orqanları 32-dən artıq Azərbaycan ərazisində terror hadisələri törədib. Metro, avtobus partladıb, çox böyük terror hadisələri həyata keçirib. Bunlar hamısı da istintaq, məhkəmələrlə sübut olunub, bunu həyata keçirən şəxslər həbs olunub, bir qismi də Ermənistandadır. Gec-tez onlar da məhkəmə qarşısında cavab verəcəklər. Əsas təşkilatçılar Ermənistan dövləti və onun xüsusi xidmət orqanları olub.
Müxtəlif ölkələr bir-birlərinə qarşı bu vasitədən istifadə edir. Azərbaycan dövləti də bunu bilir. Son illər Azərbaycan dövlətində bu sahədə xeyli işlər həyata keçirilib. Hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız dəfələrlə terror hadisələrinin qarşısını alıblar və bu istiqamətdə çox uğurlu əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Bu məsələ ən həssas məsələlərdən biridir. Azərbaycan dövləti bu istiqamətdə sistemli, ardıcıl məqsədyönlü iş aparır. Ulu Öndər Heydər Əliyevin çox gözəl sözləri var. Onlardan da biri budur ki, bir hadisənin vaxtında qarşısını almaq hadisə törədiləndən sonra onun fəsadlarını aradan qaldırmaqdan daha yaxşı və daha asandır. Peşəkarlıq odur ki, vaxtında qarşısı alınıb. Azərbaycan dövlətində də bu istiqamətdə peşəkar addımlar atılır. 44 günlük Vətən müharibəsi və ondan sonra dəfələrlə terror hadisələrinin qarşısı alınıb. İndi də bu məsələ birbaşa dövlətin nəzarətindədir. Bütün məsələlər təhlil olunur. Azərbaycan dövləti dünyanın aparıcı ölkələri ilə əməkdaşlıq edir, başda qardaş Türkiyə olmaqla. Bu məsələlər təhlil edilir və lazımlı addımlar atılır. Bu məsələ hər zaman Azərbaycan dövlətinin birbaşa diqqətində olan məsələlərdən biridir".
Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan bu fikirlər cəmiyyətdə xof yaratmaq istiqaməti daşıyır və bunlara önəm vermək lazım deyil: "Dövlətimiz bu istiqamətdə aidiyyəti addımları görür. Vətəndaşlarımız isə hər zaman ayıq-sayıq olmalıdır. Bütün dövrlərdə ayıq-sayıq olmalı, bu istiqamətdə dövlətimizə dəstək olmalıdır. Hansısa şübhəli məlumat, şübhəli hərəkət varsa, dövlətin aidiyyəti strukturlarına, hüquq mühafizə orqanlarına, polisə vaxtında məlumat verilməlidir. Bu istiqamətdə polislə əməkdaşlıq etməlidir ki, bu hər birimizin təhlükəsizliyi üçün vacib olan məsələdir və hər bir şəxs, dövlətimiz üçün önəmlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB