“Cəld reaksiya mexanizmi tətbiq edilməlidir” - QURUM RƏSMİSİ DANIŞDI

“Cəld reaksiya mexanizmi tətbiq edilməlidir” - QURUM RƏSMİSİ DANIŞDI

“Yaxın günlərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 fevral 2024-cü il tarixli 111 nömrəli qərarı təsdiq olunub. Bu qərar qida təhlükəsizliyinin təsdiq edilməsi barədədir. Bu qərara əsasən müəyyən qaydalar təsdiq olunub. Qaydalarda həyata keçiriləcək dövlət nəzarəti tədbirlərinin məqsədi insanlar və heyvanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına təhlükə yarada biləcək qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məlumatların ilkin istehsalının, emalının və dövriyyəsinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsi nəzərdə tutulur”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, sadalanan qaydalar incələndikdə çatışmayan məsələ istehlakçıları daim narahat edən cəld reaksiya mexanizminin olmamasıdır: “Hazırda vəziyyət belədir ki, təhlükəli qida satıldıqda sürətli şəkildə müvafiq dövlət orqanının məsələyə müdaxilə etməsi mümkün olmur. Azad İstehlakçılar Birliyi olaraq sahibkarlıqda yoxlamaların məhdudlaşdırılmasının, sahibkarların heç kəsə rüşvət verməməsinin tərəfdarıyıq. Hökumətin verdiyi qərarı isə alqışlayırıq.
Lakin qida təhlükəsizliyinin təmin olunması məsələsində mütləq şəkikdə cəld reaksiya mexanizmi olmalıdır. Arzu edərdik ki, yeni təsdiq edilmiş qərarda bu məsələdə öz əksini tapsın”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə