Gecə yemək yeməyin ziyanı NƏDİR? - MÜNASİBƏT BİLDİRİLDİ

Gecə yemək yeməyin ziyanı NƏDİR? - MÜNASİBƏT BİLDİRİLDİ

"Gecə yeməyin ziyanı təkcə kökəlmək kimi geri dönmür". Bu sözləri SİA-ya açıqlamasında tanınmış həkim-dietoloq, diet kitablar müəllifi Leyla Zülfüqarlı deyib.

Dietoloq bildirib ki, bu, eyni zamanda qocalma prosesini də sürətləndirir: "Çünki yuxudan son üç saat əvvəl biz ən son qida qəbulunu etsək, ondan üç saat sonra yatsaq, bu zaman yuxu normal sintez olunur, leptin, doyma hormonu qaydasında olur. Ən vacib isə avtofagiya prosesi baş verir. Yəni hüceyrə öz-özünü yenilənir. Bunun üçün də uzun müddət ac olmaq önəmlidir. Məhz bu səbəbdən də illərdir, Ramazanın xeyrinin elmi olaraq araşdırılması nəticəsində həqiqətlər ortaya çıxmışdır. Bəli, yatmadan üç saat əvvəl son yemək olmalıdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə