Velosiped və moped üçün sürücülük vəsiqəsi tələb olunacaq? - DİQQƏT! - AYDINLIQ GƏTİRİLDİ

"18 yaşından aşağı olan şəxslər sürücülük vəsiqəsi ala bilməzlər". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, Narkoloji Dispanserdə qeydiyyatda olan insanların sürücülük vəsiqəsi alması qadağandır: "Psixoterapiya müalicəsi alan şəxslərin də sürücülük vəsiqəsi alması qadağandır. Digər faktlar əsasında, əgər bir neçə dəfə maşını ilə ağır cinayət törətmiş şəxs başqalarının ölümünə səbəb olubsa, məhkəmə qərarına əsasən sürücülük vəsiqəsinin bərpa olunması müşkül məsələdir.

Sürücülərin yol hərəkəti qaydalarına necə əməl etməsini bilmək üçün ən yaxşı cavab statistikadır. Biz statistikaya nəzər salsaq, görəcəyik ki, kifayət qədər yol hərəkəti qaydalarının pozulmasına rəvac vermiş hadisələr mövcuddur. Misal üçün, kobud yol hərəkəti qaydalarının pozulması dedikdə buraya spirtli içkinin təsiri ilə nəqliyyat hadisələrinin törədilməsi, iki və daha artıq şəxsin yaralanması və ya bir və daha çox şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri aiddir. Bu statistikanı daha da artırmaq olar. Ona görə də bu məsələlərə diqqət artmalıdır.

Sürücülük vəsiqəsi nədir? Bu vəsiqə hər hansı nəqliyyat vasitəsini idarə edən hüquqi sənəddir. Yəni mexaniki nəqliyyat vasitəsi dedikdə özü hərəkət edən nəqliyyat vasitəsi nəzərdə tutulur. Bir də əl və enerji ilə idarə olunan nəqliyyat vasitələri var. Buna velosipedi, əlil arabasını da aid etmək olar. Yəni enerji hesabına hərəkət edən vasitələri nəzərdə tuturuq.

Velosiped və moped sürücülərinə sürücülük vəsiqəsi verilməsinə ehtiyac var? Beynəlxalq təcrübədə sürücülük vəsiqəsi olan şəxslər, əgər söhbət velosipedlərdən gedirsə, mütləqdir ki, mühərrik olsun. Mühərriklə idarə olunmursa, velosiped üçün sürücülük vəsiqəsi almağa ehtiyac görülmür".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə