Doğuşdan sonra qadınlar niyə depressiyaya düşür? - PSİXOLOQ AÇIQLADI
"Ümumiyyətlə, ailə quran qadınların müəyyən zaman keçdikdən sonra analıq statusunu daşıması üçün dünyaya övlad gətirməsi ilə əlaqədar hamiləlik dönəmi keçirir və doğuşa qədər depressiv hallar daşıyır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

Psixoloqun sözlərinə görə, uşağın bətnə düşməsi, onun orada yaşaması müəyyən insanlar üçün qəribə bir hiss yaşadır: “Çünki onlar bu uşağı itirmə qorxusundan əziyyət çəkirlər, körpə dünyaya gəldikdən sonra necə saxlayacaqlarına görə narahat olurlar. Uşağa nəsə olar deyə daim həyəcan içərsində yaşayırlar ona görə də, doğuşa qədər depressiyadan əziyyət çəkirlər və analar uşaq dünyaya gəldikdən sonra çox həssas dönəm yaşayırlar. Bu dönəmlərdə uşağa baxmaq, həyatda qalması, münasibət, itirmək qorxusu birbaşa insanın hiss və həyəcanlarının ortaya çıxmasına səbəb olur, hətta onlar gecələr yuxusuzluqdan əziyyət çəkirlər”.
G.Məmmədova qeyd edib ki, yuxunun içərisində qışqırmalar, qarabasmalar olur: “Bu kimi halları müşahidə edən insanlar, psixoloqa müraciət etməli doğuşdan sonrakı həyəcan pozuntusunu aradan qaldırmasıyla bağlı müəyyən tədbirlər görməlidirlər. Belə vəziyyətləri sinir sistemində pozuntusu olanlara şamil etmək olar. Bunu birinci doğuşda müəyyən edən insanlar, artıq öz psixo quruluşunu bildikdən sonra digər doğuşlarda da ayıq-sayıq olur və növbəti doğuşa qədər, doğuşdan sonrakı dönəmini idarə etməyi bacarır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB