AMADA-nın Müşahidə Şurasının 2024-cü ildə ilk iclası keçirilib

Nigar Apadarainin sədrliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının 2024-cü ildə ilk iclası keçirilib. SİA AMADA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıda qurumun icraçı direktoru Təhminə Tağı-zadə cari ilin fəaliyyət planını təqdim edib.

Sonra korporativ idarəetmə standartlarının tətbiqinə yönəlmiş bir sıra qərarlar qəbul olunub. O cümlədən kənar auditorun cəlb edilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə