"Soyuq əllər, isti ürək"dəki vəziyyət vətəndaşları qane edirmi? - SORĞU - FOTOLAR
Bildiyimiz kimi yeni il yaxınlaşır. Şəhər sakinlərinin yeni il üçün nə planları olduğunu , nə arzu etdiklərini öyrənmək istədik. SİA olaraq “Nargis” Fondunun təşkilatçılığı və dəstəyi ilə “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında qiymət artımının olub olmadığını,müştəri məmnuniyyətini sizlər üçün araşdırdıq.
Satıcı Elgün Piriyev: "Alıcıların qiymətlərdən razı olduğunu düşünürəm. Keçən il də bu qiymət ilə satış etdik və bizdə heç bir qiymət artımı olmayıb. Əksinə “Paşa dönər" olaraq müştərilərimiz üçün hədiyyə veririk. 3 AZN ödəyib dönər aldıqlarında ayranı hədiyyə edirik. Bizdən əlavə başqa satıcılarda da özlərinə aid kampanyalar var”.
Satıcı Fırat Məmmədov: "Elə bir qiymət təyin olunub ki, insanlar ailələri və sevdikləri ilə rahat gəlib əylənib vaxt keçirə bilər. Müştərilərimiz bizim satış qiymətlərimizdən daim razıdır".
Şəhər sakini Aysun Mirzəzadə: "Yeni ili Türkiyədə keçirmək istəyirəm. Bizim üçün təşkil olunmuş yarmarkanı sevir və çox əylənirəm. Burada çox dadlı yeməklər satılır. Ən çox aldığım yemək çubuq üstündə olan kartof dilimləridir. Hər il olduğu kimi yenə şaxta baba və qar qız var. Mən onlarla oynamağı və şəkil çəkdirməyi xoşlayıram. İstəyirəm ki, gələn il əla keçsin. Həyatımızda çətin anlar, üzücü günlər olmasın".
Şəhər sakini Elmira Mustafazadə: ”Yarmarkadan nə razı, nə də narazıyam. Razıyam çünki burada yeni il ab-havası var. Dekorasiyası, yeməkləri çox yaxşıdır.
Lakin qiymətlərdə artım var. Keçən ilə nisbətən satış məhsulları biraz bahalaşıb. Düşünürəm ki, tələbələr üçün də endirim olunmalıdır. Bura çox insan axın edir və buna görədə şəkil çəkdirmək çətindir. Yemək aldığımızda məcbur olub ayaq üstündə yeyirik. Çünki oturacaqlar həddindən artıq azdır və mən bundan çox narazıyam. Məncə, bununla ciddi məşğul olmalıdırlar. Buradakı bir çox insanın bundan şikayət etdiyini deyə bilərəm. 31 dekabrda bura gəlməyi düşünmürəm. Əgər indi belədirsə, bayram günü addım atmağa yer olmayacaq”.
Şəhər sakini Gülhanə Xasıyeva: ” 2024-cü ildə ilk olaraq sürücülük vəsiqəsi almaq istəyirəm. Daha sonra isə çox yaxşı bir karyera qurub öz ayaqlarım üstündə durmaq istəyirəm.
Yarmarkada çox sıxlıq olsa da dostlarımızla gəlib əylənə bilirik. Qiymətlər demək olar ki, keçən il olduğu kimidir. Artım yoxdur, lakin hələdə bahaçılıqdır “.
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB