"Heydər Əliyev və Azərbaycan tarixi" adlı növbəti kitab işıq üzü görüb - YENİLƏNİR-FOTOLAR
Bu gün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qalib elan edilən mövzulardan ibarət "Heydər Əliyev və Azərbaycan tarixi" adlı növbəti kitab işıq üzü görüb. SİA xəbər verir ki, konfransda BŞİH-nin məsul şəxsləri, qalib seçilmiş məktəblilər, onların elmi rəhbərləri, KİV nümayəndələri iştirak edirlər.
Təqdimat mərasiminin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Bakı Şəhər İcra Hakimiyyəti Aparatının ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov açıb. Ənənəvi xarakterli bu tədbirin növbəti illərdə də keçirilməsi nəzərdə tutulub.
Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB