“Tədbirin ana məqsədi gəncləri əmək bazarına hazırlamaqdır” - QURUM RƏSMİSİ
"Bu ölkədə 3-cü dəfə keçirilən Karyera İnkişaf Forumunun növbəti tədbiridir. Tədbirin ana məqsədi bizim cəmiyyəti, xüsusilə də gəncləri əmək bazarına hazırlamaqdır”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.
O, sözlərinə belə davam edib: “Burada əsas istiqamət bizim təhsil sistemi ilə əmək bazarının daha sıx uzlaşdırılmasıdır. Universitetlərimizdə, digər təhsil ocaqlarımızda gənclərin, tələbələrin yetişdirilməsində onların iş imkanlarının əldə edilməsində əmək bazarı ilə daha yaxından tanış edilməsidir. Əlbəttə ki, bu istiqamətdə bizim Dövlət Məşğulluq Agentliyi olaraq kifayət qədər çox alətlərimiz var. Bu alətlərdən biri kariyera inkişafıdır. Kariyera inkişafının da əsas məqsədi gənclərin növbəti əmək bazarında daha yaxşı necə təmsil olunması və əmək bazarında dayanıqlı məşğulluğunun təmin olunması məqsədilə hansı addımların atılması kimi tədbirlərdir".
Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB