“Ümumi əməliyyatların 60-65 faizi aşağı risk qrupuna aid edilib”

“Ümumi əməliyyatların 60-65 faizi aşağı risk qrupuna aid edilib”

“Azərbaycanda gömrük əməliyyatlarının 65 %-i aşağı, 25 %-i orta, 10 %-i isə yuxarı risk qruplarına aiddir. Ümumi sahibkarların gömrük əməliyyatlarının təhlili zamanı müəyyən edilib ki, ümumi əməliyyatların 60-65 faizi aşağı risk qrupuna aid edilib”. SİA xəbər verir ki, bu sözləri Bakı Baş Gömrük idarəsinin rəisi Elmir Ramazanov jurnalistlərə açıqlamasında deyib.

E.Ramazanov bildirib ki, istər aşağı, istər orta, istərsə də yuxarı risk qruplarının rəsmiləşdirmə müddəti eynidir. Aşağı risk əməliyyatları olan sahibkarların kömüllü əmretmə prinsipinə qarşılıq olaraq rəsmiləşdirmə müddətinin azaldılmasına çalışdıq. Nəticə etibarilə 48-49 saat ərzində rəsmiləşən bəyannamələr hazırda 70-75 faiz azaldılıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə