“Sığortanın tətbiqindən sonra 349 sayda ambulans alınıb” - Zaur Əliyev
“Agentliyin məqsədi sığorta çərçivəsində qarşılanan tibbi xidmətləri əhali üçün əlçatan etməkdir”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib. Onun sözlərinə görə, Agentlik xəstəxanaların maddi-texniki bazasının yaxşılaşdırılmasına dəstək göstərir: “Sığortanın tətbiqindən sonra 349 sayda ambulans alınıb. İcbari tibbi sığortanın tətbiqindən əvvəl ambulanslara olan ehtiyacın ödənilən hissəsi 40% idisə, hazırda 64% təşkil edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB