Ölənlər arasında 7 yaşlı qız da var...

Ölənlər arasında 7 yaşlı qız da var...

Ukraynada çərşənbə axşamı günortadan sonra Sumı vilayətinin Seredina-Buda sərhəddində Rusiya ərazisindən atəşə tutulması nəticəsində 3 nəfər həlak olub.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, regional prokurorluğun məlumatına görə, iki qadın və 7 yaşlı qız öldürülüb. Daha üç nəfər yaralanıb. Zərbə, qeyd edildiyi kimi, fərdi yaşayış evlərinə çoxsaylı buraxılış raket sistemindən həyata keçirilib.

Daha sonra noyabrın 28-də Ukrayna Milli Polisi Rusiya hərbçilərinin Donetsk vilayətinin Toretsk şəhərinə iki FAB-500 idarə olunan bomba atdığını bildirib. Nəticədə mədən ərazisində birmərtəbəli bina dağılıb. Dörd qadın dağıntılar altından çıxarılıb, hamısı yaralı halda xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Rusiya hakimiyyəti müharibə boyu Ukraynadakı mülki hədəfləri qəsdən hədəfə aldığını inkar edib, amma...

Bu arada Rusiyada Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov çərşənbə axşamı “kommunikasiya infrastrukturu obyektinə” kamikadze pilotsuz uçan aparatla hücum edildiyini bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə