İstirahət günlərindən sonra işə necə adaptasiya olmaq lazımdır? - İZAH EDİLDİ
“İş prosesinə adaptasiya olmağa bir neçə gün öncədən başlamaq lazımdır. İnsanlar 5-6 gün evdə qaldıqdan sonra adaptasiya prosesində çətinlik çəkir, iş prosesinə dincəlmiş deyil, yorulmuş olaraq başlayırlar”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Psixoloq bildirib ki, yeni iş gününə enerjili başlaya bilmək üçün zamanında yatmaq, musiqi dinləmək, gözəl əhval-ruhiyyədə olmaq lazımdır: “Eyni zamanda işə başladıqda planlı şəkildə irəliləsələr, çətinlik çəkməyəcəklər. İnsanlar həftənin 5 və ya 6 gününü işləyirlər. Buna görə də hər gün eyni saatda işə gəlib-getmək, səhər yuxudan durmaq bəzi insanlara mənfi təsir edir. Hətta bəziləri ümumiyyətlə saatla çalışmağı sevmir, günün müəyyən saatlarını işə ayırmağa üstünlük verirlər. Bu isə təbii ki, dövlət işlərində mümkün olmur. Bu cür insanların istirahətdən sonra işə qayıtması çox çətin olur. Bu ciddi psixoloji problem deyil. Sadəcə olaraq insanların yaşadıqları müəyyən çətinliklərdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB