“İşğaldan azad edilmiş ərazilərimizdə həyat canlanıb“ - ŞƏRH EDİLDİ
“44 günlük şanlı Vətən müharibəsindən sonra torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Müharibə bitdikdən sonra isə cənab Prezidentin rəhbərliyi altında Qarabağda və Şərqi Zəngəzurda böyük təmizləmə, yenidənqurma və abadlıq işlərinə başlanıldı. Çünki Qarabağ ərazisində işğal altında olduğu 30 il ərzində demək olar ki, salamat bir yer qalmamışdı. Eyni zamanda milyondan çox minalar basdırılmışdır ki, bu istiqamətdə təhlükəsizlik tədbirlərinin görülməsi də priroritet məsələlərdən idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, rayon mərkəzləri, şəhər və kəndlərin yenidənqurma və bərpası üçün dövlət proqramı qəbul olundu: “Həmçinin ötən ilin sonunda Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edildi. Bu proqram 5 il ərzində Azərbaycanın işğaldan azad edilmiş dilbər guşələrinə əhalinin məskunlaşdırılmasının yol xəritəsi kimi də qiymətləndirilməlidir. İlk olaraq Zəngilanın Ağalı kəndində məskunlaşmanın şahidi olduq. Daha sonra isə Suqovuşanda, Talış kəndində, Laçın rayonunda məskunlaşma prosesi başladı. Füzuliyə də artıq köç başlayıb.
Sevindirici haldır ki, artıq Şərqi Zəngəzur və Qarabağda məktəblər açılıb, uşaqlar ilk dərslərinə başlayıblar. Eyni zamanda həmin ərazilərdə iş yerləri açılıb, sosial infrastrukturlar fəaliyyat göstərir. Bir sözlə, həmin ərazilərimizdə həyat canlanıb. Yaxın 3 il ərzində 100 mindən çox vətəndaşımızın oraya köçməsi nəzərdə tutulur və məskunlaşmanın sonrakı illərinin daha dolğun olacağı gözlənilir. Yəqin ki, bu ilin sonunda artıq Şuşa özünün ilk sakinlərini qəbul edəcək.
Sentyabrın 19-20-də aparılan anti-terror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi bərpa olundu və Azərbaycanın bütün ərazisində sabitlik bərpa olundu. Bu da Qarabağın digər ərazilərinin də qısa müddət ərzində məskunlaşmasını təmin edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB