İnsanların tatuya niyə maraq göstərdikləri BƏLLİ OLDU - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

İnsanların tatuya niyə maraq göstərdikləri BƏLLİ OLDU - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Tatu hər zaman aktual olub. Lakin hazırki dövrdə tatu etdirənlərin sayında böyük artım var. Keçmiş dövlərdə adətən ordudan, əsgərlikdən qayıdanların bədənlərində tatu görmək mümkün idi. Amma digər insanlar buna həvəs göstərmirdi. İndi isə tatu etdirənlər olduqca çoxalıb. Bunun bir neçə səbəbi var. Belə ki, bir zamanlar həbsdə olan şəxslərin əksəriyyətində tatu görmək olar. Bu bir qədər də bekarçılıq əlaməti kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, həmin şəxslər tatunu bədəndən sildirməyin çətin olduğunu anladıqda, bunu insanlar arasında yaymağa başladılar: “Eyni zamanda bəzən gənclər özlərini fərqləndirmək üçün tatudan istifadə edirlər. Daha sonra isə gənclər tatuya daha yaradacı yanaşaraq, fərqli şəkillər çəkdirməyə başladılar.

Tatunun bu qədər aktuallaşmasına təsir edən amillər içərisində mistik faktor da var. Bəziləri bədənlərinə hər hansı heyvan rəsmini həkk etdirməklə talelərinə təsir edəcəklərini düşünürdülər. Bu formada tatu insanlar arasında geniş yayılmağa başladı. Lakin tatu etdirməyi təbliğ etmək heç düzgün deyil. Çünki bu və ya digər formada fiziki sağlamlıq üçün ziyanlıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə