Universitetlərin bufetlərinə nəzarət necə həyata keçirilir? - MÜTƏXƏSSİS AÇIQLADI

“Bildiyimiz kimi artıq yeni təhsil ilinin başlaması ilə əlaqədar universitet bufetləri də öz fəaliyyətlərinə başlayıb. Məktəblərdə olduğu kimi universitetlərdə də qida zəhərlənmələrinin baş verdiyinə dair məlumatlıyıq”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Asim Vəliyev sözlərinə belə davam edib: “Təbii ki, bu işdə aidiyyəti nəzarətedici qurumla yanaşı universitet rəhbərliyi də məsuliyyət daşıyır. Həmçinin qida satışı ilə məşğul olanların məlumatsızlığı, əksərən vaxtı keçmiş qidaların satışdan yığışdırılmaması, ət və ət məhsullarının, süd və süd məsullarının düzgün saxlanmaması, hazırlanmaması ucbatından da qida qaynaqlı zəhərlənmələr baş verir. Bu baxımdan da ciddi nəzarətə ehtiyac var.

Sevindirici haldır ki, qida zəhərlənmələrinin qarşısını almaq və minimuma endirmək üçün AQTA rəhbərliyi bu ildən etibarən orta və ali təhsil müəssisələrində xüsusi proqram və təlimlər həyata keçirəcəyini bildirdi. Ümidvarıq ki, bu təşəbbüs istehsaldan istehlakçıya qədər qida zəncirinin bütün mərhələrində nəzarətə öz töhfəsini verəcək və həm məktəb şagirdləri, həm də universitet tələbələri təhlükəsiz qida ilə qidalanacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə