"Şəxsin dinləmə bacarığı yüksək olmalıdır" - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ
“İş müsahibəsi hər bir şəxsin həyatında olan bir dönəmdir. Müsahibə zamanı insan öz bacarıqlarını düzgün ifadə etməyi bacarmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, şəxsin dinləmə bacarığı yüksək olmalıdır: “Qarşı tərəf sualına ətraflı cavab gözlədikdə buna uyğun şəkildə nitqi davam etdirmək vacibdir. Şişirdilmiş, amma potensialı daxilində olmayan bacarıqlar haqqında danışmaq isə yersizdir. Çünki müsahibə mərhələsi ilk növbədə şəxsin özgüvənini ölçür. Hansı ki, özgüvənli insanların şişirdilmiş bacarıqlara ehtiyacı olmur.
Müsahibə götürən şəxslər adətən insan psixologiyasını çox yaxşı dərk edirlər. Bu baxımdan da müsahibə zamanı həyəcanlanmadan sualları cavablamaq sizin bir addım öndə olduğunu göstərəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə