"Biz Xankəndiyə həm də Ağdam-Əsgəran yolu ilə getmək istəyirik"
Biz Xankəndiyə Zəfər yolundan əlavə, həm də Ağdam-Əsgəran yolu ilə də getmək istəyirik.
Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Kərkicahanda və digər yerlərdə Azərbaycan Bayrağının dalğalanmasını istəyirik.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı Füqurə Rüstəmova söyləyib.
O, həmçinin deyib: "Qarabağda yaşamaq istəyənlər orada qala, əks təqdirdə, ərazilərimizdən çıxıb gedə bilərlər. Çünki Qarabağ bizimdir və biz o torpaqlarda yaşamalıyıq. İnanırıq ki, bütün məcburi köçkünlər öz yurdlarına geri dönəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB