Tələbə təqaüdündən vergi tutulurmu? - AÇIQLANDI

Tələbə təqaüdündən vergi tutulurmu? - AÇIQLANDI

“Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Vəkil sözlərinə belə davam edib: “Buna əsasən qeyd etmək olar ki, dövlət tərəfindən ödənilən tələbə təqaüdləri fiziki şəxslərin gəlir vergisindən azaddır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə