Ağcaqanad əleyhinə dərmanların insan orqanizminə hansı təsirləri var ? - TOKSİKOLOQ DANIŞDI
Yay mövsümündə ağcaqanadlar hər kəsin ən böyük probleminə çevrilir. Ağcaqanadlardan qorunmaq üçün isə müəyyən vasitələrdən istifadə edilir. Bəs ağcaqanad əleyhinə olan dərmanlar insan orqanizmində hansı fəsadlara yol aça bilər?
Kliniki Tibbi Mərkəzin baş toksikoloqu, professor Azər Maqsudov SİA-ya verdiyi açıqlamasında ağcaqanad əleyhinə olan dərmanların insan orqanizmi üçün qalıcı fəsadlar törətmədiyini bildirib: “Ağcaqanad əleyhinə dərmanların insan orqanizminə fəsad deyil, yalnız mənfi təsirləri ola bilər. Lakin bu dərmanlar qapalı yerdə 5-6 saat istifadə edildikdən sonra ağızda quruluq, baş gicəllənmə və həssas insanlarda bədəndə səpki əmələ gətirə bilər. Bunun xaricində isə heç bir həyati və ya qalıcı bir təhlükə yaratmır.
Asma bronxit xəstələrinə isə ağcaqanad əleyhinə dərman istifadəsindən 1 saat sonra qapalı yerin havasının dəyişdirilməsi tövsiyyə edilir. Çünki bu dərmanlar tez bir zamanda hava ilə uçub gedir və təsirini itirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB