Goradil kənd tam orta məktəbində Əlifba bayramı keçirilib - FOTOLAR

İyunun 3-də Abşeron rayonu İlqar Yusifov adına Goradil kənd tam orta məktəbi 1 c sinifi Əlifba bayramı keçirib. SİA xəbər verir ki, birincilər dərs ilinin sonunadək aldıqları bilik və bacarıqlarını nümayiş etdiriblər. Onlar müxtəlif səhnəciklər göstəriblər.

Şagirdlərin hər bir çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbiri birincilərin sinif rəhbəri Pərvanə Abbasova açıb və daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Pərvanə Abbasova yeni təhsil sisteminin gələcəyimiz olan uşaqların layiqli vətəndaş kimi yetişməsinə xidmət etdiyini bildirib. O, birincilərə yaxşı oxumağı, Vətənə layiqli övlad kimi yetişməyi tövsiyə edib.

Birincilər isə öz növbələrində şeir deyib, mahnı oxuyub, rəqs edib və kiçik səhnəciklərlə tədbiri rövnəqləndiriblər.

Xatırladaq ki, 1 c sinifi məktəbi həm də siniflərində olan üçəmləri ilə fərqlənirdi. Həmin üçəmlərki dünyaya gəldiyi andan etibarən onların hər addımları redaksiyamız tərəfindən izlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə