Formula 1 yarışına hazırlıqla bağlı yoxlama keçirilib, tapşırıqlar verilib - FOTOLAR
Aprelin 28-30 tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqlar davam etdirilir. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, bu gün ictimai qaydanın və ictimai təhlükəsizliyin, xidmətin nümunəvi təşkili məqsədilə tədbirə cəlb olunacaq şəxsi heyətin sıra baxışı keçirilib, maddi-texniki təchizatın vəziyyəti yoxlanılıb.
Tapşırıqların icra vəziyyətini yoxlayan Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Vüqar Ələkbərov tədbirin yüksək təhlükəsizlik şəraitində keçirilməsi, qarşıya qoyulan tapşırıqlarla bağlı şəxsi heyəti təlimatlandırıb, əlavə göstərişləri diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB