Azərbaycanın din sahəsində əsas xətti nədir? - SƏDR AYDINLIQ GƏTİRDİ
"Azərbaycan multikultural ölkədir. Multikulturalizmin bir hissəsi dinə də aiddir. Bu, əslində cəmiyyətdə olan müxtəlif mədəniyyətlərin bir araya gəlməsi və birgə yaşayışıdır". SİA xəbər verir ki, bu sözləri "Din və qlobal təhlükəsizlik" adlı kitabın təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Sədr qeyd edib ki, Azərbaycanda mövcud olan tolerantlıq da dini münasibətlərə aiddir ki, ölkəmizdə bütün dinlərə qarşılıqlı olaraq hörmətlə yanaşılır: "Azərbaycan islam dünyasının bir parçasıdır. Azərbaycan islamda vəhdəti təşviq etmək xəttini həyata keçirir. Bu gün müzakirəyə çıxardığımız "Din və qlobal təhlükəsizlik" kitabında da bu məsələlərə yer verilib. Qlobal təhlükəsizlik fonunda Azərbaycanda həyata keçirilən siyasət və vəzifələr də bu kitabda öz əksini tapıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB