Masallının “Vətən bağı” ərazisində 50 ədəd şam ağacı əkildi

Masallının “Vətən bağı” ərazisində 50 ədəd şam ağacı əkildi

Yazın gəlişi ilə Masallıda yaşıllaşdırma işlərinə geniş start verilib. Dünən, martın 17-də Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon Komitəsi, YAP Masallı Rayon Təşkilatı, Statistika idarəsi və Yaşıllaşdırma müəssisəsi ilə birlikdə Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirmişlər.

Aksiya iştirakçıları şəhərin Viləş çayı sahilində salınmış “Vətən bağı” ərazisində 50 ədəd şam ağacı əkilmişlər.

ƏLİHÜSEYN ŞÜKÜROV,
Masallı rayonunda çıxan «Yeni həyat» qəzetinin Baş redaktoru.

Bütün xəbərlər Facebook səhifəmizdə