Bəzən bir foto belə böyük məhəbbətdən söhbət açır... Aktual

Bəzən bir foto belə böyük məhəbbətdən söhbət açır... Aktual

Söyləyir ki, biz iki ayrı-ayrı dövlət olsaq da, bir millətik. Söyləyir ki, biz ayrı-ayrı ürəklərdə olsaq da, bir döyünürük. Söyləyir ki, heç bir sərhəd məhəbbətin, sevginin qarşısını ala bilməz, sevgi bütün hüdudları yarıb keçir. Söyləyir ki, biz sevincdə də, kədərdə də sizinləyik, Türkiyəmiz!

Matəminiz matəmimizdir... Bütün Azərbaycan kədərinizə şərikdir. Hər addımda, gecədə, səhərdə, küçədə, iş yerində, evdə hər an bu böyük fəlakətdən söhbət açılır. Hər kəs kədər içərisində sizlərin yanındadır. Əlindən gələni etməyə çalışır ki, kədərinizə, faciənizə bir təsəlli olsun.

Türkiyəmiz, türk qardaş və bacılarımız, gənc, körpə balalarımız, biz sizinləyik, hər zaman, hər vaxt, hər an!

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə