Shraddha Srinath nəzərdə tutduğu filmin çəkilişlərinə başlamazdan əvvəl orda qisa bir tətili də araya salmaq istədi. Lakin onun səfər edəcəyi ölkədə yalnız iki şərt onu qane edə bilərdi – səfər üçün viza və əla hava şəraiti. “Azərbaycan mükəmməl görünürdü – ölkəyə girişdə viza çox asan həll olundu, təmiz hava şəraiti də tam istədiyim kimi. Biletlər bron edildi və əvvəlcə Dubayya və oradan da Azərbaycanın paytaxtı Bakıya 7 saatlıq uçuşdan sonra dostumla eniş etdik”, - Şraddha deyir.
Suvenirlərdən Bakının gözəl toxunmuş şalları və oyma mozaika kaşıları dünyada məşhurdur. “Mən regionda çoxlu göz oxşayan mozaikalara diqqət yetirdim. Daim xatırlayacağım alış-veriş edərkən sizə qara kofe təklif edən mehriban dükançılar və insanlarla tələsik söhbətlərdir. Qədim şəhər abidələri və heykəlləri ilə gözəl idi. Mən Bakıda daş döşənmiş küçələrdə və böyük parklarda gəzməyi sevirdim. Ağaclarla örtülmüş prospektlər, gəzinti yerləri, mehriban insanlar - bu, sadəcə olaraq mükəmməl idi”, - Şraddha deyir.
Şirniyyatlara qonaq edilmək, Bakı şərabından qurtumlamaq insana sovet ab-havasını aşılayır, deyə Şraddha açıqlayır. "Biz yerli yeməkləri sınamağa can atırdıq və vətən həsrəti çəkən səyahətçilərin arzuladığı kimi hind restoranları axtarmırdıq, əksinə" deyə güldü. Dönər kabablar, dolma (üzüm yarpağına bükülmüş ət dolması) və yerli şərab “çox gözəl” idi. “Mən həm də ən yaxşı şirniyyatlardan yedim, bəziləri rus mətbəxinə aid idi, məsələn Napoleon tortu kimi. O, qatbaqat idi, ortası kremlə doldurulmuşdu, “Medovik” isə əsl bal tortu idi” deyə təəccübünü gizlətmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB